Nikol Paşinyan – Ermənistan və Azərbaycan arasında hələ də ziddiyyətlər var, lakin bunun həlli yolu davam edən dialoqdur, bizim ikitərəfli ticarətimiz var, bu isə üç-dörd il əvvəl təsəvvür edilməz idi
Ermənistan və Azərbaycan arasında hələ də ziddiyyətlər mövcuddur, lakin bütün ziddiyyətlərin həlli yolu dialoqdur və bu, davam edir və onların öhdəsindən gəlmək üçün yeni imkanlar yaradır, – bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Almaniyaya səfəri zamanı bildirib.
Paşinyanın iddiasına görə, sülhün qayğısına qalmaq və onun daha da institusionallaşdırılması istiqamətində çalışmaq lazımdır.
“Hazırda Azərbaycanla ikitərəfli ticarətimiz var ki, bu da üç-dörd il əvvəl təsəvvür belə edilə bilməzdi. Hazırda biz Azərbaycandan nəsə satın alırıq, Azərbaycan isə Ermənistandan nəsə idxal edir. Bundan başqa, Azərbaycan dəmir yolu Ermənistan üçün ixrac və idxal məqsədilə 2025-ci ilin noyabrından açılıb”, – Nikol Paşinyan qeyd edib.