Nikol Paşinyan Ermənistan prezidentinə daha bir baş nazir müavini və altı nazirin təyin edilməsini təklif etdi
Ermənistan Respublikasının baş naziri, Nikol Paşinyan Ermənistan prezidentinə, Armen Saksyana baş nazir müavini vəzifəsinə Mher Qriqoryanın təyin edilməsini təklif etdi.
Qeyd olunan məlumatı “News.am” prezidentin mətbuat xidmətinə istinad edərək yayır.
Bundan başqa, Nikol Paşinyan Ermənistan prezidentinəaltı nazirin təyin edilməsini təklif etdi. Bunlar Səhiyyə naziri olaraq Anait Avanesyan, Fövqəladə Hallar İdarəsi nazir olaraq Anranik Piloyan, Təhsil, Elm, Mədəniyyət və İdman naziri olaraq Vahram Dumanyan, İqtisadiyyat naziri olaraq Vaan Kerobyan, Maliyyə naziri olaraq Tiqran Xaçatryan və Ədliyyə naziri olaraq Karen Andreasyanın namizdəliyidir.