Nikol Paşinyan - Ermənistan hərbçilərin Azərbaycanın sərhəd zonasından paralel şəkildə çıxarılmasını və rus hərbçilərlə yanaşı, beynəlxalq müşahidəçilərin göndərilməsini dəstəkləyir
Ermənistan hərbçilərin Azərbaycanın sərhəd zonasından paralel şəkildə çıxarılmasını və rus hərbçilərlə yanaşı, beynəlxalq müşahidəçilərin göndərilməsini dəstəkləyir-deyə Ermənistanın baş nazir vəzifəsini icra edən Nikol Paşinyan hökumət iclasında bildirib.
Paşinyanın sözlərinə görə, bundan sonra sərhədin demarkasiyası və delimitasiyası ilə bağlı danışıqlara başlanıla bilər.
Ermənistanın baş nazir vəzifəsini icra edən Paşinyan Azərbaycanın təxribat xarakterli addımlarının və ekspansionist istəklərinin bölgə, Ermənistan və Qarabağ üçün yeni təhlükə yaratdığını qeyd edib.
“Azərbaycanın davranışı göstərir ki, bu ölkənin hökuməti üçtərəfli razılaşmaların həyata keçirilməsini, xüsusən də kommunikasiyaların açılmasını və Ermənistanla blokadanın qaldırılmasını əngəlləmək istəyir. Ermənistan da öz növbəsində komunikasiyaların açılmasını çox vacib hesab edir və bunun üzərində işləməyə hazırdır. Biz Azərbaycanın girov və məhbusların qaytarılması ilə bağlı yazılı öhdəliyini ən qısa müddətdə yerinə yetirməsini gözləyirik” -deyə Nikol Paşinyan bildirib