Nikol Paşinyan - Ermənistan ərazisi üçün birbaşa təhlükə yaransa, Rusiya üzərinə düşdüyü öhdəliyi yerinə yetirməlidir
Ermənistanın baş naziri Nikol Paşinyanın bəyanatına görə, Rusiya Yerevanı əmin edib ki, Ermənistanla qoyulan razılaşmaya müvafiq olaraq, əgər Ermənistan ərazisinə hücum edilsə, o üzərinə düşdüyü öhdəliyi yerinə yetirəcək.
Bu barədə bəyanatı Nikol Paşinyan BBC ilə müsahibə zamanı verib.
“Rusiya ilə razılaşma bazası var və o razılaşmada yazılıb ki, Ermənistan ərazisi üçün birbaşa təhlükə yaransa, Rusiya üzərinə götürdüyü öhdəlikıəri yerinə yetirməlidir”, – dedi Ermənistanın baş naziri.
Jurnalist qeyd etdi ki, Paşinyan Rusiya prezidenti ilə artıq dörd dəfə telefonla danışıb.
BBC-nin jurnalisti Conah Fişer Ermənistanın baş nazirinə belə bir sual verdi: Vladimer Putin telefon söhbəti zamanı deyib mi ki, Ermənistan ərazisinə hücum zamanı, Ermənistan Rusiyadan hərbi dəstək alacaq?
Paşinyan isə, bu suala müsbət cavab verdi.
Həmin müsahibədə Paşinyan qeyd etdi ki, BMT-nin heç bir qətnaməsində deyilmir ki, Ermənistan harayısa işğal edib.
“Sizin söz etdiyiniz kimi bir beynəlxalq hüquq yoxdur. Hərkəs BMT Baş Assambleyasının qətnamələri haqqında danışır, ancaq təssüf ki, onları çox az adam oxuyub. O qətnamələrdə yazılmayıb ki, Ermənistan harayısa işğal edib” – dedi Nikol Paşinyan.