Nikol Paşinyan Ermənistan-Azərbaycan sərhədi yaxınlığına beynəlxalq müşahidəçilərin göndərilməsi təşəbbüsü ilə çıxış edir
Nikol Paşinyan Ermənistan-Azərbaycan sərhədi yaxınlığına beynəlxalq müşahidəçilərin göndərilməsi təşəbbüsü ilə çıxış edir

Nikol Paşinyan Ermənistan-Azərbaycan sərhədi yaxınlığına beynəlxalq müşahidəçilərin göndərilməsi təşəbbüsünü irəli sürür.

Bu barədə Ermənistan baş naziri vəzifəsini yerinə yetirən təhlükəsizlik şurası iclasında nitqlə çıxış edərkən bəyan etdi. Çıxışı zamanı Paşinyan bəyan etdi ki, Qeğarkunik rayonunda vəziyyət gərgindir və “miqyaslı münaqişə təhlükəsi mövcuddur”.

“Biz təşəbbüslə çıxış edirik ki, sialahlı qüvvələrinin bölmələri daimi dislokasiya yerlərinə qayıtsınlar. Bunun əvəzinə beynəlxalq müşahidəçilər Rusiya və yan ATƏT-in Mins Qrupunun həmsədr ölkələrindən güman edilən sərhəd boyunca yerləşdirilsinlər. Müşahidəçilərin olması mütləqdir, çünki tərəflər əmin olsunlar ki, onların hər ikisi razılaşmanı yerinə yetirir, yəni hərbi qüvvələrini sərhədə yaxın gətirmir. Biz sərhədin Sotk-Xoznavar hissəsindən danışıqırıq, çünki gərginlik məhz elə bu hissədə artdı”, – paşinyan bəyan etdi.

Xatırladaq ki, Ermənistan-Azərbaycan sərhədində vəziyyət 12 maydan sonra gərgindir. Yerevan təsdiq edir ki, Azərbaycan hərbçiləri Ermənistan sərhədini qanunsuz keçdilər və indi də Ermənistan ərazisində qalmaqdadılar, Bakida isə, bunu təkzib edirlər.

27 mayda Azərbaycan Müdafiə nazirliyində bəyan etdilər ki, altı erməni hərbi xidmətçisini yaxaladılar. Bakıda təsdiq edirlər ki, onlar Azəraycan sərhədini qanunsuz keçdilər. Ermənistanda hərbçilərin yaxalanması faktını təsdiq etdilər, lakin bəyan etdilər ki, onlar Ermənistan ərazisində idilər.