Nikol Paşinyan - Erməni-gürcü münasibətlərinin bizim üçün tarixi və insani əsasları var və bu ittifaq ayrılmazdır
Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üz-bə-üz görüş keçirildi.
Tərəflər iki tərəfli münasibətlərin dərinləşdirilməsi və müxtəlif sahədə əməkdaşlığın inkişafı haqqında söhbət etdilər.
Gürcüstanın ölkə başçısı Ermənistanlı həmkarını Ermənistanın ilk respublikanın 100 illik yubileyi ilə bağlı təbrik etdi və onun Gürcüstana məhz bu ərəfədə səfərinin simvolik olduğunu bəyan etdi.
Nikol Paşinyan Gürcüstanın ölkə başçısına səmimi qarşılama üçün təşəkkür etdi və erməni-gürcü əlaqələrinin əhəmiyyəti haqqında danışdı.
“Xalqlarımız bir-biriləri ilə dərin köklərlə bağlıdırlar və bu ittifaq ayrılmazdır. Mənim ilk səfərimin Gürcüstana olması təsadüfi deyil. Bu mənim Gürcü xalqına olan hörmətimdir. Səmimi qəlbdən Gürcüstanı ilk demokratik respublikasının 100 illik yubileyi ilə bağlı təbrik edirəm. Əminəm ki, Ermənistandaki inqilabdan sonra, erməni-gürcü əlaqələri böyük inkişaf perspektivlərini qazanacaq.
Biz buraya ona görə gəldik ki, Gürcüstanla münasibətlərimizi daha da dərinləşdirməliyik və daha dostca fon yaratmalıyıq.
Biz Gürcüstanı güclü və stabil görmək istəyirik” – dedi Nikol Paşinyan.