Nikol Paşinyan - Dağlıq Qarabağ razılaşmasından imtina etsəydim, 20 000-lik əsgər Qarabağın ətrafını bürüyəcəkdi
Dağlıq Qarabağ razılaşmasından imtina etsəydim, 20 000-lik əsgər Qarabağın ətrafını bürüyəcəkdi, – bu bəyanatı Ermənistanın baş naziri Nikol Paşinyan sosiyal şəbəkədən əhaliyə müraciət mətnində verib.
Ermənistan dövlət başçısının dediyinə görə, Qarabağ haqqında imzalanan sənəd məsələnin tam həll olunmasını nəzərdə tutmur.
Nikol Paşinyanın dediyinə görə, Yerevan və Stepanakert arasında quru yolların təhlükəsizliyini rus sülhməramləları təmin edəcəklər.
“Dövlət başçısının əsas funksiyası əsgərə təlimat verməkdir, ancaq əsgərin artıq hadisələrə təsir edəcək gücü qalmırsa, ona verilən tapşırığı yerinə yetirə bilməz və ancaq həlak ola bilər. Bəzən vətən də əsgərlərin həyatı uğruna qurban verməlidir” – yazır Nikol Paşinyan.