Nikol Paşinyan Cənubi Qafqazdakı vəziyyətlə bağlı Ermənistan, Gürcüstan və Azərbaycanın üçtərəfli formatından istifadənin tərəfdarı olduğunu açıqlayıb
Ermənistanın Baş naziri Nikol Paşinyan Cənubi Qafqazdakı vəziyyəti müzakirə etmək və düşmənçilik ritorikasını aradan qaldırmaq üçün Ermənistan, Gürcüstan və Azərbaycan üçtərəfli formatından istifadənin tərəfdarı olduğunu açıqlayıb.
Bu barədə Nikol Paşinyan Yerevanda keçirilən “Soyqırım cinayətinə qarşı” Qlobal Forumda çıxışı zamanı açıqlama verib.
“Cənubi Qafqazda Ermənistan, Gürcüstan və Azərbaycan arasında hansısa formatda müzakirələrə başlamaq ideyası var. Güman edirəm ki, bu fikir qorunub saxlanılıb. Bu yeni fikir deyil. Hər zaman bu ideyanı dəstəkləmişəm, lakin olduqca vacib, fundamental düstur təklifi ilə çıxış etmişəm: bu meydan ilk növbədə düşmənçilik ritorikasını aradan qaldırmaq üçün istifadə edilməlidir” -deyə Paşinyan açıqlayıb.
O bildirib ki, Türkiyədə təhlükəsizlik, suverenlik və müstəqilliyin təmin edilməsi üçün bütün region dövlətlərinin, o cümlədən Türkiyə, Ermənistan və Azərbaycanın bir-birinə ehtiyacı olması ilə bağlı səsləndirilən bəyanatlarla razılaşır.