Ermənistan müxalifətinin lideri bu gün rus deputatları ilə görüşəcək. Bu barədə Nikol Paşinyanın mətbuat katibi, Tiqran Avinyan bəyan etdi. O, danışıqların planlaşdrıldığı deputatların kimliyini açıqlamayıb.
Ona qədər isə, məlum oldu ki, Paşinyan bu gün yerli vaxtla saat 17:00-da Yerevanda yerləşən Fransa Meydanına, buradan isə saat 19:00-da Respublika Meydanına gedəcək və tərəfdarlarına müraciət edəcək.
Xatırladaq ki, nümayişlər Yerevanda martın sonundan başladı. Müxalifət və onun tərəfdarları Serj Sarqsiyanın istefasına nail oldular. Lakin Paşinyanın bəyan etdiyinə görə, Ermanistan baş naziri vəzifəsinə müxalifət namizədini seçilməyənə və növbədənkənar seçkilərin təyin olunmamasına qədər ümumxalq itaətsizlik aksiyaları davam edəcək.
Parlamentdə baş nazirin seçkiləri mayın 1-ə təyin olunub. Bu vəzifəyə üç fraksiya Nikol Paşinyanın namizədliyini dəstəkləyir.