Nikol Paşinyan bu gün rəsmi səfərlə Rusiyaya gedəcək. Səfər çərçivəsində Rusiya prezidenti, Vladimir Putinlə görüş planlaşdırılıb.
Ermənistanın baş nazirinin administrasiyasının məlumatına görə, tərəflər 2020-ci il 9 noyabr və 2021-ci il 11 yanvar üçtərəfli razılaşmaların həyata keçirilməsi ilə bağlı məsələləri, eləcə də sabitliyin möhkəmləndirilməsinin sonrakı addımlarını, bölgədə iqtisadi əlaqələrin bərpasını və cari hadisələri müzakirə edəcəklər.
Administrasiyanın məlumatına görə, Nikol Paşinyan və Vladimir Putin həmçinin, Ermənistan-Rusiya müttəfiqlik əlaqələrin gündəmi və inteqrasiya assosiasiyası çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.