Bu gün, yanvarın 26-da Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Gürcüstana işgüzar səfər həyata keçirəcək. Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Ermənistanın Baş nazirini qəbul edəcək.
Gürcüstanın Hökumət Administrasiyasının məlumatına əsasən, səfər çərçivəsində Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında təkbətək görüş, görüşdən sonra da Gürcüstan və Ermənistan Respublikasının baş nazirlərinin rəhbərliyi ilə Gürcüstan-Ermənistan hökumətlərarası iqtisadi komissiyasının iclasının keçirilməsi planlaşdırılır.
Saat 17:00-da Gürcüstan və Ermənistanın baş nazirləri mətbuat qarşısında birgə açıqlamalarla çıxış edəcəklər.