Nikol Paşinyan - Biz Gürcüstanın ərazi bütövlüyünü tam şəkildə qoruyuruq
Biz Gürcüstanın ərazi bütövlüyünü tam şəkildə qoruyuruq, – Ermənistanın baş naziri Nikol Paşinyan bu barədə canlı yayımda açıqlama verib.
Paşinyandan Ermənistan, Abxaziya və Sxinvali bölgəsini işğal olunmuş ərazilər kimi tanımağa hazır olub-olmadığı soruşulub.
“Biz Gürcüstanın birliyini, suverenliyini, ərazi bütövlüyünü, müstəqilliyini, demokratiyasını və dövlətçiliyini tam və birmənalı şəkildə qoruyuruq. 2019-cu ildən əvvəl və ondan sonra BMT-də keçirilən səsvermədə gözlə görünən və konkret fərqliliklər müşahidə olunub ki, qardaş dövlətimiz Gürcüstanın nümayəndələri bundan məmnun olduqlarını bildiriblər”, – Paşinyan bildirib.
Müəllif -
Mehemmed Bayramaliyev