Nikol Paşinyan: Biz Avropa İttifaqı ilə Gürcüstan, eləcə də Amerika Birləşmiş Ştatları ilə Gürcüstan arasında münasibətlərin normallaşmasında maraqlıyıq
Nikol Paşinyan bildirib ki, Ermənistan Avropa İttifaqı ilə Gürcüstan, eləcə də Amerika Birləşmiş Ştatları ilə Gürcüstan arasında münasibətlərin normallaşmasında maraqlıdır.
“Bu bizim mövqeyimizdir. Bununla yanaşı, təbii ki, Gürcüstanla əməkdaşlığımız və münasibətlərimiz fasiləsiz şəkildə inkişaf edəcək. Gürcüstan bizim qardaş ölkəmizdir. Bizim strateji tərəfdaşlığımız var və münasibətlərimizin inkişafını davam etdirəcəyimiz şübhəsizdir”, – deyə o qeyd edib.