Nikol Paşinyan bir daha heç vaxt Belarusa səfər etməyəcəyini açıqlayıb
Nikol Paşinyan bir daha heç vaxt Belarusa səfər etməyəcəyini açıqlayıb

 
Ermənistanın Baş naziri Nikol Paşinyan bir daha heç vaxt Belarusa səfər etməyəcəyini açıqlayıb.

Erməni mediasının verdiyi məlumata əsasən, Paşinyan Ermənistanla “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı” arasında mürəkkəb münasibətlərdən danışarkən Belarus Prezidentinin qalmaqallı bəyanatını yada salıb.

“Təşkilatın rəhbərlərindən biri deyir ki, müharibənin hazırlanmasında iştirak edib, təşviq edib, inanıb və Azərbaycana qələbə arzulayıb. Bundan sonra mən Belarusun lideri ilə “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı” formatında hansısa məsələni müzakirə etməyə gedəcəyəm? Bildirirəm ki, bundan sonra Belarusun Prezidenti Aleksandr Lukaşenko olduğu müddətcə Belarusa getməyəcəm. Və ümumiyyətlə deyirəm ki, bu andan etibarən Ermənistanın heç bir rəsmi nümayəndəsi Belarusa səfər etməyəcək” – Nikol Paşinyan açıqlayıb.