Nikol Paşinyan bəyan edir ki, Rusiyanın Dağlıq Qarabağda anti-terorist əməliyyatları keçirmək üçün legitim haqqı var
Nikol Paşinyan bəyan edir ki, Rusiyanın Dağlıq Qarabağda anti-terorist əməliyyatları keçirmək üçün legitim haqqı var

Ermənistanın baş naziri Nikol Paşinyanın bəyanatına görə, Rusiyanın Dağlıq Qarabağda anti-terorist əməliyyatlarını keçirmək üçün legitim haqqı var.

Ermənistanın baş naziri Rusiyanın “Tass” agentliyinə verdiyi müsühabidə bəyan etdi ki, Dağlıq Qarabağda Azərbaycan tərəfində döyüşən Suriyalı teroristlər Rusiya üçün də təhlükə yaradırlar və onlara qarşı hərəkət etmək üçün Rusiyanın səbəbi var.

Ermənistanın baş naziri əmindir ki, “qeyd olunan elementlər  Rusiya ərazisinə də keçəcəklər, çünki onlar Ermənistan və Dağlıq Qarabağ kimi, Rusiya Federasiyasını da düşman hesab edirlər”.

Paşinyanın bəyanatına görə, Rusiya Suriyada anti-terorist əməliyyatları həyata keçirdi, çünki onlar Rusiyanın təhlükəsizliyi üçün təhlükə yaradırdılar.

“Bəs indi, teroristlər Rusiya sərhədinə daha yaxındırlar” – dedi Paşinyan.