Nikol Paşinyan - Bakı təxribatları üçtərəfli bəyanatlarda əldə olunmuş razılaşmaları pozmağa yönəlib
Nikol Paşinyan - Bakı təxribatları üçtərəfli bəyanatlarda əldə olunmuş razılaşmaları pozmağa yönəlib

“Bakının təxribatları üçtərəfli bəyanatlarda əldə edilmiş razılaşmaları pozmağa yönəlib”, – Ermənistanın baş naziri Nikol Faşinyan Avrasiya Hökumətlərarası Şurasının genişləndirilmiş iclasında deyib.

Ermənistan hökuməti başçısının sözlərinə görə, bir il əvvəl olduğu kimi, Ermənistan hələ də ölkənin təhlükəsizliyini təhdid edən ciddi problemlərlə üzləşib.

“Regionumuz eskalasiyanın yeni raunduna daxil oldu və bu, təəssüf ki, daha bir insan tələfatı ilə nəticələndi. Hərbi təxribatı ölkəmizin ərazi bütövlüyünü pozmağa, 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatlarda əldə edilmiş razılaşmaları pozmağa yönəlmiş Azərbaycan buna görə məsuliyyət daşıyır”, – Paşinyan bildirib.