Nikol Paşinyan - Azərbaycanın tək məqsədi Qarabağdan erməniləri qovmaqdır
Bugün ən önəmli olan zorakılığı dayandırmaqdır. Azərbaycan hücumu dayandırmalıdır, – bu barədə bəyanatı Ermənistanın baş naziri Nikol Paşinyan “Avronyusla” müsahibə zamanı verdi.
Ermənistanın baş naziri hesab edir ki, sülhün bərpası üçün ən yaxşı yol beynəlxalq ictimaiyyət tərəfindən Dağlıq Qarabağın müstəqilliyinin tanınmasıdır.
Ermənistanın da hücumları dayandırması üçün hazır olması ilə bağlı suala isə Paşinyan belə cavab verdi: “Əlbəttə ki, hazırdır, ancaq bu demək deyil ki, oturub xalqımıza qarşı soyqırımın törədilməsini gözləyəcəyik. Biz kimsəyə hücum etmədik. Bizim və Qarabağın hərəkəti sadəcə özünü müdafiyədir”.
Nikol Paşinyanın dediyinə görə, Azərbaycan kompromisə getmək istəmir və onların tək məqsədi Qarabağdan erməniləri qovmaqdır.
“Onların tək məqdəsi, Qarabağ əhalisinin 80 faizini təşkil edən insanların etnik təmizlənməsidir” – dedi Paşinyan.