Nikol Paşinyan - Azərbaycan üçün "nəqliyyat dəhlizi" məsələsini Ermənistan müzakirə etməyib və nə də gələcəkdə müzakirə etməyəcək
Nikol Paşinyan - Azərbaycan üçün "nəqliyyat dəhlizi" məsələsini Ermənistan müzakirə etməyib və nə də gələcəkdə müzakirə etməyəcək

Azərbaycan üçün “nəqliyyat dəhlizi” məsələsini Ermənistan müzakirə etməyib və nə də gələcəkdə müzakirə etməyəcək, – bu barədə Ermənistan baş naziri vəzifəsini yerinə yetirən, Nikol Paşinyan hökumət iclasında bəyan etdi.

Paşinyanın dediyinə görə, söhbətin bölgədə bütün nəqliyyat kommunikasiyasına aid olması mümkündür.

“Nəqliyyat kommunikasiyasının açılması Ermənistan üçün yalnız qəbul olunan deyil, bu prioritetli məsələlərdən biridir. Çünki razılaşmaya əsasən, Ermənistan İran və Rusiya ilə dəmir yolu əlaqələrini alacaq. Ermənistan “dəhliz məntiqini müzakirə etməyib və gələcəkdə də müzakirə etməyəcək”, – Paşinyan bəyan etdi.