Nikol Paşinyan - Azərbaycan Ermənistanla sərhədin demarkasiyası və delimitasiyası prosesini təxirə salmağa çalışır
Nikol Paşinyan - Azərbaycan Ermənistanla sərhədin demarkasiyası və delimitasiyası prosesini təxirə salmağa çalışır

Azərbaycan Ermənistanla sərhədin demarkasiyası və delimitasiyası prosesini təxirə salmağa çalışır”, – Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

Ermənistan liderinin sözlərinə görə, o, bu ilin mayında sərhədlərin demarkasiyası və demilitarizasiyası ilə bağlı o vaxt müzakirə olunan təklifi imzalamağa hazır olduğunu bəyan edib.

“Rusiya Federasiyası üç dəfə Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası prosesinə başlamaq təşəbbüsü ilə çıxış edib, lakin rəsmi Bakının mövqeyi ucbatından bu proses ləngiyir. Buna baxmayaraq, bizim üçün sərhəddəki vəziyyəti sülh yolu ilə həll etmək son dərəcə vacibdir. Müvafiq olaraq, rəsmi Yerevanın əvvəllər səsləndirdiyi təkliflər qüvvədə qalır”, – Paşinyan bildirib.