Nikol Paşinyan - Avropa Komissiyasının Gürcüstana statusun verilməsini tövsiyə edən qərarını təqdir etmək istərdim, Gürcüstana bu yolda uğurlar arzulayırıq
Avropa Komissiyasının Gürcüstana statusun verilməsini tövsiyə edən qərarını təqdir etmək istərdim. Bu, olduqca vacibdir-bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Paris Sülh Forumunda açıqlayıb.
Paşinyan Gürcüstana uğurlar arzuladığını bildirib.
“Avropa Şurası qərar qəbul etdikdən sonra gürcü həmkarımı rəsmən təbrik etmək istədim. Bu, olduqca mühüm prosesdir, baş verənləri diqqətlə izləyirik. Gürcüstana bu yolda uğurlar arzulayırıq”- deyə Nikol Paşinyan açıqlayıb.