Nikol Paşinian Serj Sarqsiyan ilə görüşdən sonra aksiyaların davam etdirilməsini planlaşdırır
Ermənistan paytaxtında aksiyaların təşkilatçısı Nikol Paşinian, ölkənin baş naziri Serj Sarqsiyan ilə görüşdən sonra aksiyaların davam etdirilməsini planlaşdırır, – bu barədə o, görüşdən çıxdıqdan sonra jurnalistlərə bəyan etdi.
“Serj Sarqsiyan Yerevanda baş verənləri müvafiq olaraq dəyərləndirmir. O, artıq hakimiyyətdə deyil”, – Paşinian bəyan etdi.
Yerevanda, “Marriot” mehmanxanasında Ermənistanın baş naziri Serj Sarqsiyan və aksiya təşkilatçısı, deputat Nikol Paşinian arasında görüş az öncə başa çatdı.
Birinci Kanalın jurnalistinin Yerevandan verdiyi məlumata görə, görüş təxminən beş dəqiqə davam etdi.