Nikol Paşinani Rusiyaya işgüzar səfərə gedib
Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyaya işgüzar səfərə gedib.
Bu barədə Ermənistan mediasi ölkənin baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryanın bəyanatına əsaslanaraq məlumat yayıb.
“Bu gün Moskvada Paşinyanın sədrliyi ilə Avrasiya Hökumətlərarası Şurasının növbəti sessiyası keçiriləcək”. Bağdasaryan bildirib.