Niki Heyli - İrandaki hadisələr Suriyə ssenarisi ilə davam edə bilər
ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Niki Heyli bəyan edir ki, İrandaki hadisələrin Suriyədəki ssenari ilə inkişaf etmə ehtimalı var.
Bu barədə bəyanatı amerikalı diplomat yazılı şəkildə yaydığı şərhində verir.
“Bütün dünya Suriyyədə baş verən dəhşətləri gördü. Orada da iqtidar rejimi əhalinin etiraz aksiyalarını dağıtdı. Eyni hadisələrin İranda da baş verməsinə imkan verməməliyik” – deyir Niki Heyli.
İranda baş verən hadisələrlə bağlı BMT-nin təhlükəsizlik şurası bugün gecə saat 12-də müzakirə aparacaq. Fövqəladə iclas ABŞ-ın təşəbbüsü ilə keçiriləcək.
Rusiya ABŞ-ın bu təşəbbüsünü “zərərli” adlandırdı və bu bəyanata ABŞ-ın BMT-dəki səfiri cavab verdi.
Niki Heylinin dediyinə görə, əgər hansısa ölkə, BMT-də İran haqqında disskussiyanın keçirilməsinə mane olmağa çalışsa, o öz vətəndaşlarının səsini batırmağa çalışan İrana bənzəyəcək.