Niki Heyli - ABŞ hər zaman BMT-nin sülh missiyalarının ən böyük kontribyutoru olub və olmağa davam edəcək
BMT-nin Təhlükəsizlik Şurasında ABŞ səfiri Niki Heyli BMT-nin sülhməralı missiyalarının əhəmiyyəti və o missiyalarda Amerika Birləşmiş Ştatlarının rolu haqqında danışdı.
Onun dediyinə görə, Amerika hər zaman BMT-nin sülh qüvvələrinin əsas kontribyutoru olub və olmağa davam edəcək, hansı ki, sülh missiyalarının 28%-ni maliyyələşdirir.
“Buna baxmayaraq, sülh missiyalarında iştirak etmək və qatqı vermək hərkəsin məsuliyyətidir və sadəcə bir ölkə büdcənin dörtdə birindən artığını maliyyələşdirməməlidir. Maddi məsuliyyəti hərkəs paylaşmalıdır” – dedi Niki Heyli.
Amerika Birləşmiş Ştatları BMT-nin sülh missiyalarını hər il 8 milyard dollarla maliyyələşdirir və bu büdcənin 28%-ni təşkil edir.