Nika Qvaramia - Mixeil Saakaşvilinin həyatda qalmasının açarı Ukraynadadır, Türkiyə, Ermənistan və Azərbaycan da öz sözünü deməlidir
Mixeil Saakaşvilinin həyatda qalması məsələsində Türkiyə, Ermənistan və Azərbaycan da öz sözünü deməlidir- “TV Pirveli” telekanalı Nika Qvaramianın bu barədə Kiyevdə Mixeil Saakaşviliyə dəstək forumunda çıxışı zamanı danışdığına dair məlumat yayır.
Qvaramia Gürcüstanın üçüncü prezidentinin həyatda qalmasının açarının Ukraynada olduğunu qeyd edib.
“Mixeil Saakaşvilinin həyatda qalmasının açarı Ukraynadadır. Bu hekayəyə başqa tərəfdən baxmaq istəyirəm. İstərdim ki, bizim regiondan olan qonşularımız Azərbaycan, Ermənistan, Türkiyə Saakaşvilinin həyatda qalması məsələsində öz sözünü desinlər. Əminəm ki, bu ölkələrdə Mixeil Saakaşvilinin vəziyyətindən narahatdırlar və öz sözlərini deməlidirlər”- deyə Qvaramia açıqlayıb.