Nika Qvaramia - gürcü cəmiyyəti müxalifəti günah keçisi seçib, gücsüz olan biri varsa, o bu gün zəiflik saçan cəmiyyətdir
Nika Qvaramia - gürcü cəmiyyəti müxalifəti günah keçisi seçib, gücsüz olan biri varsa, o bu gün zəiflik saçan cəmiyyətdir

 

Məncə bu gün gürcü cəmiyyəti müxalifəti günah keçisi seçib. Dostlar, gücsüz olan biri varsa, etiraf etməliyik ki, bu, cəmiyyətdir – bu barədə “Mtavari Arxi”nin baş direktoru Nika Qvaramia Tbilisinin Apellyasiya Məhkəməsində bugünkü prosesdə bildirib.

Qvaramia bildirib ki, “cəmiyyət bu gün zəiflik, ümidsizlik saçır və bu problemi öz üzərindən atmaq və buna görə ittiham edəcəyi birini axtarıb tapmaq qərarını verib”.

Nika Qvaramia məhkəmə iclasında “NDİ”ın tədqiqatına münasibət bildirib.

“Son vaxtlar televiziyada izlədiklərimdən təəssüf ki, hər şeyi görmürəm. NDİ-ın tədqiqatları barədə çox qısa danışacağam. Ümumiyyətlə, fikrimcə müxalifəti terror etmək, damğalamaq yanlış, dərindən yanlış davranışdır və məqsədinin nə olduğu qətiyyən aydın deyil. Əsasda bu, xoş niyyətlə edilir, lakin düzünü desəm, mən belə xoş niyyəti başa düşə bilmirəm, bu İvanişvili rejiminin güclənməsindən başqa heç bir nəticə vermir.

Bunu müxalifətin ayılacağı, daha yaxşı çalışmağa başlayacağı ümidi ilə ediriksə, bu tip vurğular nəticə verməyəcək. Mən bunu böyük narahatlıqla deyirəm və məncə bu gün gürcü cəmiyyəti müxalifəti günah keçisi seçib. Dostlar, gücsüz olan biri varsa, etiraf etməliyik ki, bu, müxalifətin və geridə qalanların parçası olduğu cəmiyyətdir ,lakin təəssüf ki, cəmiyyət bu gün zəiflik, ümidsizlik saçır və bu problemi öz üzərindən atmaq və buna görə ittiham edəcəyi birini axtarıb tapmaq qərarını verib. Bu yanlışdır və əgər müxalifətin problemləri varsa, bu, həm də cəmiyyətin günahıdır” -deyə Nika Qvaramia bildirib.