Nika Meliyanın deputat immunitetinin dayandrılması barəsində müzakirəsi aparıldığı Parlament qarşısında aksiya keçirilir. Aksiyanı “Gürcüstan üçün Hərəkatın” üzvləri keçirirlər. Onlar rəmzi olaraq tikanlı məftillər gətiriblər.
Nika Meliyanın vəkilləri, Dimitri Sazaqlişvili, Beka Basilaiya və Girogi Kondaxişvili də oradadılar. Onlar binaya buraxılmalarını tələb edirlər. Bununla yanaşı, onlar Parlamentin sədrinə müraciət etdilər, buraxılış vəsiqəsini versinlər ki, Parlamentə daxil ola və prokurora sual verə bilsinlər.
Aksiya iştirakçıları çalışırlar ki, Parlamentə daxil olan avtomobillərə əngəllər yaratsınlar. Halbuki hadisə yerinə səfərbər olunan hüququmühafizəçilər buna imkan vermirlər.