Nika Meliya Telavidə "Milli Hərəkatın" yerli təşkilatının rəhbər və üzvləri ilə görüşdü
Nika Meliya Telavidə "Milli Hərəkatın" yerli təşkilatının rəhbər və üzvləri ilə görüşdü

“Milli Hərəkatın” sədri, Nika Meliya səyyar görüşlərini Kaxetidən başladı.

Nika Meliya və “Milli Hərəkatın” başqa liderləri Telavi ofisində partiyanın yerli təşkilatının rəhbər və üzvləri ilə görüşdü.

Bölgə görüşlərinin əsas müzakirə mövzusu “Milli Hərəkatın” Parlamentə daxil olub olmaması məsələsi idi.

Görüşün başlamasına qədər Nika Meliyanın bəyan etdiyinə görə, həbsxanadan çıxdıqdan sonra bu ilk səyyar görüşdür, başqa bölgələrdə də davam etdiriləcək və güman edildiyinə görə, partiyanın ümumi qərarı bundan sonra məlum olacaq.