Nika Meliya, Baço Dolidze və Zviad Kuprava məhkəmə zalından buraxılıb
“Milli Hərəkatın” üzvləri Nika Meliya, Baço Dolidze və Zviad Kuprava məhkəmə zalından buraxılıb. Onların məhkəməsi təxirə salınıb. Vəkil prosesin təxirə salınması ilə bağlı araçı olaraq çıxış edib və hakim təsdiqləyib. Tbilisi Şəhər Məhkəməsində keçiriləcək proses oktyabrın 23-ü saat 12:00-a təyin edilib.
Nika Meliya, Baço Dolidze və Zviad Kuprava iki gün əvvəl hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həbs edilib.
Daxili İşlər Nazirliyinin məlumatına görə, Qldanidə baş verən qarşıdurma zamanı saxlanılan şəxslər hüquq-mühafizə orqanlarının əməkdaşlarının xidməti vəzifələrini yerinə yetirməsinə mane olub, onları sözlü və fiziki təhqir edib, müqavimət göstəriblər.
Müəllif -
Mehemmed Bayramaliyev