Nika Melianın məhkəmə prosesi aprelin 8-də keçiriləcək
Nika Melianın məhkəmə prosesi aprelin 8-də keçiriləcək

Tbilisi Şəhər Məhkəməsində, “Vahid Milli Hərəkatın” sədri Nika Melianın məhkəmə prosesi, aprelin 8-də, saat 11:00-da keçiriləcək.

Vəkil Giorgi Kondaxişvilinin dediyinə görə, qeyd olunan prosesdə, ehtimala görə, Nika Meliaya verilən cəza tədbiri – həbs cəzası müzakirə olunacaq.

“Bunun siyasi bir qərar olduğunu bilirik, ona görə də məhkəmənin doğru qərar verəcəyi ilə bağlı illyuziyamız yoxdur. Məhkəmə prosesində bu qeyri-qanuni qərarın qüvvədə nə qədər qalacağını öyrənəcəyik”, – dedi vəkil.

Nika Meliaya həbs cəzası fevralın 17-də verilmişdi.