Nika Melia - Ya İvanişvili seçkilər təyin edəcək, ya da müxalifət sakit, ancaq sərt aksiyalara başlayacaq
Nika Melia - Ya İvanişvili seçkilər təyin edəcək, ya da müxalifət sakit, ancaq sərt aksiyalara başlayacaq

Ya İvanişvili düşünüb, yeni seçkilər təyin edəcək, ya da müxalifət sakit, ancaq sərt aksiyalara hazırlıq prosesinə başlayacaq,– bu bəyanatı “Milli Hərəkatın” üzvü Nika Melia jurnalistlərə “Leyborist partiyasının” ofisində keçirilən görüşdən sonra verdi.

Onun dediyinə görə, “Leyborist partiyasının” və “Lelo” partiyasının ofisinə bütün siyasətçiləri seçkilərin saxtalaşdırılması mövzusu topladı.

“Bizə baxın, əslində ortaq yanımız çox azdır, ancaq, ədalətsizlik bizi bir yerə yığdı. Bu cəhdlər artacaq və seçkilər təyin olunana qədər, iqtidara qarşı mübarizə davam edəcək.

Bir partiyalı parlament yığanda, bilməlisən ki, ictimaiyyətdə olan narazılıq dahada artacaq və bəli, bir gün inqilaba belə çevrilə bilər” – dedi Nika Melia.