Nika Melia və Nika Qvaramia “Yeni” partiyasında birləşdilər– Simvollarımızdan biri saflığın və paklığın rəngi olan ağ rəngdir
Bu gün Nika Melia və Nika Qvaramia “Yeni” partiyasında birləşdiklərini rəsmən elan ediblər.
Nika Qvaramianın dediyi kimi, partiya nümayəndələri çağırışların öhdəsindən gəlməyi bilirlər.
“Partiyamız “Yeni”dir, biz birlikdəyik, Gürcüstanda yeni üsullarla dəyişikliklər üçün mübarizə aparırıq. Biz dəyişəcəyik, çünki mübarizəni bilirik, paklığın, vətənə xidmətin qiymətini bilirik, çətinliklərin və çağırışların öhdəsindən gəlməyi bilirik, biz dəyişəcəyik, həmçinin idarə etməyi bilirik. Rəngimiz yaşıldır, yeniliyin, yeni başlanğıcların rəngidir, rəngimiz narıncıdır, sarsılmaz enerjinin, tərəqqinin və ümidin rəngidir. Düşünürük ki, bunlar bizim əsas dəyərlərimizdir, saflığın, paklığın və xoşbəxtliyin rəngi olan ağ rənglə birlikdə, irəli gedəcəyimizi düşünürük. Bunlar bizim simvollarımızdır, irəli istiqamətlənən oxdur. Bu dayanmış ölkədə sürətli irəliləyişdir. Bu əsas mesajdır, biz yalnız irəliləyəcəyik və geriyə baxmayacağıq. Biz ilk növbədə öz ambisiyalarımızda özümüzə qalib gəlməliyik və yalnız birləşmədən sonra Bidzina İvanişvilini məğlub edə biləcəyik. Loqo da bizim birliyimizi, ahəngdar və sinxron fəaliyyətimizi yaxşı göstərir. Bizdə olan əsas şeylərdən biri yeni simvola, yeni qələbə nömrəsinə çevrilən 4 rəqəmidir”- deyə Qvaramia açıqlayıb.
Məlum olduğu kimi, Nino Kvitaişvili; Darecan Tsxvitaria; Ana Qoqoladze; Nodar Çaçanidze; Maia Kopaleişvili; Dimitri Bidzinaşvili; Qiorqi Kirtadze; Mirdat Kamadadze; Qedevan Popxadze və başqaları “Yeni”nin üzvləridir.