Nika Melia - Tbilisi meri namizədi olub-olmamam müxalifətdə aparılan məsləhətləşmələrdən və diskussiyalardan asılıdır
Nika Melia - Tbilisi meri namizədi olub-olmamam müxalifətdə aparılan məsləhətləşmələrdən və diskussiyalardan asılıdır

Tbilisi meri namizədi olub-olmamam müxalifətdə aparılan məsləhətləşmələrdən və diskussiyalardan asılıdır, – bu barədə bəyanatı “Milli Hərəkatın” sədri Nika Melia verdi.

Onun dediyinə görə, müxalifət əhaliyi oktyabr ayında qələbə kampaniyasında iştirak etməyə çağırmalıdır.

“Əsas olan odur ki, əhaliyi qələbə kampaniyasına qoşa bilək, belə olduğu halda mənim mer namizədi olmağım və yaxud sadəcə mübarizə avanqardında olmağımın o qədər də böyük əhəmiyyəti yoxdur. Məni maraqlandıran nəticədir, hansı ki, təəssüf ki gecikir və o müddətdə Gürcüstanı çox sayda vətəndaş tərk edir. Emiqrasiyada olan vətəndaşlarımızın orada olma müddəti çox uzandı və demokratik müxalifət xalqla bərabər bu ölkənin inkişafını sürətləndirməlidir”, – dedi Nika Melia.