Nika Melia - Rus Arzusu strateji tərəfdaşın mehriban məsləhətini "təlimat" kimi qələmə verərək , növbəti anti-Amerika bəyanatı dərc edib
Nika Melia - Rus Arzusu strateji tərəfdaşın mehriban məsləhətini "təlimat" kimi qələmə verərək , növbəti anti-Amerika bəyanatı dərc edib

 

Rus Arzusu növbəti anti-Amerika bəyanatı dərc edib. Strateji tərəfdaşın mehriban məsləhəti “təlimat” kimi qələmə verilir və bu kontekstdə utanmazcasına onlar sovet keçmişini yada salırlar– “Milli Hərəkat”ın lideri Nika Melia “Xalqın Gücü” hərəkatının bəyanatına belə münasibət bildirib.

Melia bildirib ki, “Rus Arzusunun bu bəyanatı onların fəaliyyətinin bir neçə aspektini bir daha təsdiqləyir”.

“Avropa Komissiyasının tövsiyələrini, konkret olaraq əsas tələblərdən birini – əsl məhkəmə islahatını yerinə yetirmək fikrində deyillər ; Məhkəmə sistemini güzəştə getməyəcəklərini açıq-aşkar bəyan edirlər; Rus Arzusuna və klanına tabe olmayan hakimlərə qarşı cəza tədbirlərinin görüldüyü bir daha təsdiq olundu ; ABŞ-a və dostlarımıza, bu dəfə 2008-ci ilin avqustunda digər Avropa prezidentləri ilə birlikdə Tbilisidə olan Estoniya prezidenti Tomas İlvesə hücumu davam etdirirlər. Bəyanat bir daha xatırladır ki, Rus Arzusunun idarəçiliyi şəraitində Avropa İttifaqına namizəd ölkə statusunu ala bilməyəcəyik, üzvlük haqqında xəyal qurmağa belə dəyməz” – deyə Melia bildirib.

“Xalqın Gücü” hərəkatının üzvləri Sozar Subari, Dimitri Xundadze, Mixeil Ğavelaşvili və Quram Macharaşvili bu gün bəyanat yayıblar.