Nika Melia - partiyanın vəziyyəti xeyli pisləşib, ümumi məqsəd uğrunda mübarizəni davam etdirmək qərarını verdik, Tbilisidə açılan ofis və hədəflərimiz barədə partiya rəhbərliyinə məlumat verilir
Bu günlərdə ofisə görə yeni rəhbərliyin reaksiyasına təəccüblənirəm- bu barədə “Milli Hərəkat”ın sabiq sədri Nika Melia sosial şəbəkədə yazır.
O, ofisin açılmasının partiya sədri seçkilərindən sonra deyil, partiyanı əməlli-başlı iki yerə bölən ədalətsiz keçirilən qurultaydan sonra gündəm olan ağır reallıqdan qaynaqlandığını bildirib.
Melia gücün monotonluqda deyil, fərqlilərin birliyində olduğunu qeyd edib.
“Ofisin açılması partiya sədri seçkisindən sonra deyil (mən onu tanıdım, təbrik etdim və özündə güc tapmasını, partiyanı ləyaqət və həqiqətlə idarə etməsini arzuladım), partiyanı əməlli-başlı iki yerə bölən inanılmaz ədalətsiz keçirilən qurultaydan sonra gündəm olan ağır reallıqdan qaynaqlandı. Məhz bu “qurultay”dan sonra partiyanın bir çox üzvü (təsis edildiyi gündən ), eləcə də partiyanın mübarizəsinə iqtidarda deyil, müxalifətdə qoşulan bir çox həmfikirlər partiyanın qapısından kənarda qaldı– bu insanlar mövqelərinə görə yeni idarəçilik üçün qəbuledilməz oldular.
Son vaxtlar partiyanın vəziyyəti xeyli pisləşib, xüsusilə də Tbilisidə vəziyyət ağırdır. Məhz buna görə də biz müxalifətin fikrini birləşdirmək və vahid məqsəd uğrunda mübarizəni davam etdirmək qərarını verdik və partiya rəhbərliyinə Tbilisidə açılan ofis və hədəflərimiz barədə məlumat verilir.
Güc monotonluqda deyil, fərqlilərin birliyindədir”-deyə Nika Melia yazır.