Nika Melia partiya təsis edəcəyini açıqlayır. O, bu barədə “Mtavari Arxi” televiziya şirkətinin efirində danışıb.
Melia partiyanın çox yaxında təsis ediləcəyini və sabahdan işləməyə başlayacaqlarını bildirib.
“Bu partiya gürcü demokratiyası üçün çox şey edəcək. Skeptiklər olacaq, belə insanlar çox görmüşəm, amma sonra mövqelərini dəyişirlər. İxtisaslılıq, bilik və dünyagörüşün üzərində qurulması gərəkən ən ədalətli siyasi partiya, bu partiya ən yaxın zamanda, ağlabatan müddətdə qurulacaq. Sabahdan etibarən bu məsələ ilə bağlı işə başlayacağıq. Mühüm işlər görüləsi olacaq və müvafiq müddətdə təsis ediləcək” – deyə Nika Melia açıqlayıb.
Bu gün keçirilən brifinqdə Nika Melia “Milli Hərəkat”dan ayrıldığını və gələcəyə doğru irəlilədiyini açıqlayıb.