Nika Melia partiya sədri postundan istefa verməsi ehtimalının hətta 0,001 faiz belə olmadığını bildirib
“Milli Hərəkat”ın sədri Nika Melia partiya sədrliyindən istefa vermək niyyətində olmadığını bildirib.
Melia jurnalistlərə müvafiq sualı cavablandırarkən bildirib ki, onun partiya sədrliyindən istefa verməsi ilə bağlı yayılan məlumatlar reallığa uyğun gəlmir.
“Bu, Bidzina İvanişvilinin arzusudur, mən onu heç vaxt gərçəkləşdirməyəcəyəm. Reallığa uyğun deyil, bunun ehtimalı 0,001 faiz belə deyil. Fərqli fikrə gəlincə, bu, partiyada olmalıdır və biz bununla fəxr edirik. Sədr seçildiyim ilk dəqiqədən partiyada fərqli fikir var idi, bu normaldır və belə də olmalıdır” -deyə Melia bildirib.