Nika Melia partiya rəhbərliyini partiyadaxili seçkilərdən imtina etməyə çağırır
“Milli Hərəkat”ın keçmiş sədri Nika Melia partiya rəhbərliyini partiyadaxili seçkilərdən imtina etməyə çağırır.
Nika Melianın sosial şəbəkədə yazdığına əsasən, Strasburq Avropa İnsan Haqları Məhkəməsi təcili zərurətdən çıxış edərək, işə mahiyyəti üzrə baxılana qədər Mixeil Saakaşvilinin köçürülməsi tələbini təmin etməyib.
“Məhz belə bir vəziyyətdə biz bütün daxili münaqişə ocaqlarının aradan qaldırılmasını tələb edirdik.
Yerli və ya beynəlxalq məhkəmənin qərarı şəraitində mən seçkilərin yersiz və vaxtsız keçirilməsindən danışırdım ki, partiya parçalanmasın və tam hazırlıqsız, yönünü itirmiş olmasın.
Mən partiya rəhbərliyini indiki partiyadaxili seçkilərdən imtina etməyə və rasionallıq göstərməyə çağırıram; effektiv və nəticəyönümlü addımlar atsın”- Nika Melia yazır.