Nika Melia - parlament fəaliyyətinin müvəqqəti dayandırılması effektli olmayacaq, boykot rejimində olmaqla yalnız hakim partiyaya rahatlıq yaradırıq
Nəticə əldə etmək üçün reallığı düzgün qavrayaraq, praqmatik planla hərəkət etməliyik. Bu halda parlament fəaliyyətinin müvəqqəti dayandırılması effektli olmayacaq- bu barədə sosial şəbəkədə “Milli Hərəkat”ın üzvü Nika Melia yazır.
O, boykot rejimində olmaqla hakim partiyaya rahatlıq yaradacaqlarını bildirib.
“Partiya parlamentdə qalsa, o zaman deputatlar binanın içində mübarizə aparmalı və diskomfort yaratmalıdırlar. Partiya parlamenti tərk edirsə, çıxmalı və parlamentdən kənardan parlamentarilər mübarizəyə qoşulmalıdırlar. Boykot rejimində olmaqla yalnız hakim partiyaya rahatlıq yaradırıq”-deyə Nika Melia yazır.
Məlumat üçün bildirək ki, “Milli Hərəkat”ın sədri Levan Xabeişvili dünən “Milli Hərəkat”ın artıq parlament həyatında iştirak etmək niyyətində olmadığını açıqlamışdı. Məsələ ilə bağlı “Milli Hərəkat”ın üzvləri bu gün Gürcüstan parlamentində brifinq keçirərək, “Milli Hərəkat”ın bundan sonra parlament fəaliyyətində iştirak etməyəcəyini və mandatın buraxılması ilə bağlı məsləhətləşmələrin davam etdiriləcəyini bildiriblər.