Nika Melia "Milli Hərəkat"ın sədrliyinə namizədlərin qeyri-müəyyən kampaniyalar apardıqlarını, bunun isə utancverici görünüş aldığını açıqlayır, qeyri-rəsmi təsirlərin izləri görünür
Nika Melia "Milli Hərəkat"ın sədrliyinə namizədlərin qeyri-müəyyən kampaniyalar apardıqlarını, bunun isə utancverici görünüş aldığını açıqlayır, qeyri-rəsmi təsirlərin izləri görünür

 

Seçki kampaniyasında və peripetiyalarda biz ölkənin və “Milli Hərəkatın” qarşısında duran əsas problemi – Mixeil Saakaşvilinin səhhətinin ağır vəziyyətdə olmasını unuduruq. Bu məsələdə razılığa gələrək vahid mövqedə olmaq əvəzinə namizədlər qeyri-müəyyən kampaniyalar aparırlar – bu barədə “Milli Hərəkat”ın sədri Nika Melia sosial şəbəkədə yazır.

O, bildirir ki, “bu proses hələ rəsmi olaraq heç başlamayıb və artıq normal siyasi prosesin hüdudlarını aşır, biabırçı görünüş alır və bu isə həm partiyaya, həm də bütövlükdə ölkəyə ziyan vura bilər”.

“Dostlar, Mixeil Saakaşvilinin səhhəti günü-gündən pisləşir. Ailə və vəkillər bildirirlər ki, nüfuzlu ekspertlərin rəyi hazırlanıb və müvafiq olaraq onun xaricə müalicəyə göndərilməsi tələbi ilə bu günlərdə məhkəməyə vəsatətlə müraciət edəcəklər.

Müvafiq olaraq hesab edirəm ki, konkret qərar qəbul ediləsədir. Burada biz həmrəy olmalı, bir-birimizə hörmət etməliyik. Görünür, seçki kampaniyasında və peripetiyalarda biz ölkənin və “Milli Hərəkatın” qarşısında duran əsas problemi – Mixeil Saakaşvilinin səhhətinin ağır vəziyyətdə olmasını unuduruq.

Bu məsələdə razılığa gələrək vahid mövqedə olmaq əvəzinə namizədlər qeyri-müəyyən kampaniyalar aparırlar. Təəssüflər olsun ki, proses hələ rəsmi olaraq heç başlamayıb və artıq normal siyasi prosesin hüdudlarını aşır, utancverici görünüş alır və bu isə həm partiyaya, həm də bütövlükdə ölkəyə ziyan vura bilər.

Müxaliflər açıqlıq, şəffaflıq və demokratiya haqqında çox danışırlar, bu fonda konseptual hərəkətlər isə ümumiyyətlə kulislərdə aparılır və kulislərin/qeyri-rəsmi təsirlərin izləri adi gözlə belə görünür. Rəqiblər ideya və proqramlarla mübarizə aparmaq yerinə, mənşəyi bilinməyən kompromatlarla mübarizə aparmağı üstün tuturlar.

Bildiyiniz kimi, belə bir zamanda və belə bir şəkildə seçki marafonunun elan edilməsinin, yumşaq şəkildə desəm yersiz olduğunu deyirdim, hərçənd artıq indi, mövcud şəraitdə partiyanın vahid strategiya hazırlaya bilməsi üçün seçkilər lazımdır. Beləliklə, bu seçkiləri mümkün qədər tez keçirərək əsas məsələyə diqqəti yönəltmək mənim istəyimdir və hətta indi, seçkilərdən əvvəl, Mixeil Saakaşvilinin ölkədən aparılması məsələsi yaxın gələcəkdə həll edilməli olarkən bundan sonrakı addımları düşünmək lazımdır, məncə bu tip seçki kampaniyasını prioritet etmək tamamilə yanlışdır.

Ümumi mübarizədə məğlub olsaq, namizədlərin heç biri bu döyüşdən qalib çıxmayacaq!”– deyə Nika Melia yazır.