Nika Melia - Mixeil Saakaşvili “Milli Hərəkat”ın hakimiyyəti dövründə dəfələrlə güc strukturlarına kifayət qədər nəzarət mexanizminin olmadığını bildirib
“Milli Hərəkat”ın sədri Nika Melia “Milli Hərəkat”ın hakimiyyətdə olduğu dövrdə səhlənkarlıqlar olduğunu, Akaki Boboxidzenin o zaman hakimiyyətin tərkibində təmsil olunduğunu və onun, nədən danışdığını daha yaxşı bildiyini qeyd edib.
Belə ki, Melia “Avtoritarizm, gücə əsaslanan nizam-intizam var idi, nizam-intizam üçün gürcü xalqını tərbiyə deyil, tələb yolu ilə öyrətməyə çalışırdıq”-deyə “Avropalı Gürcüstan”ın üzvü Akaki Boboxidzenin səsləndirdiyi bəyanatını şərh edib.
Nika Melia Mixeil Saakaşvilinin “Milli Hərəkat”ın hakimiyyəti dövründə dəfələrlə güc strukturlarına kifayət qədər nəzarət mexanizminin olmadığını açıqladığını söyləyib.
“Akaki Boboxidzenin öz fikri var. “Milli Hərəkat”ın hakimiyyəti dövründə Mixeil Saakaşvili dəfələrlə bildirib ki, böyük uğurlara, inkişaf yolunda çoxlu nəhəng addımlar atılmasına, ölkənin beynəlxalq funksiya qazanmasına baxmayaraq , güc strukturlarına kifayət qədər nəzarət mexanizmi yoxdur. Amma təbii ki, səhlənkarlıqlar olub, Mixeil Saakaşvili bu haqda danışıb, mən də danışmışam, konkret olaraq Akaki Boboxidzenin qiymətləndirməsi onun rəyidir, o, hakimiyyətin bir parçası olub, nə danışdığını daha yaxşı bilir” – deyə Nika Melia bildirib.