Nika Melia – Məni dəvət etdiyinə görə prezidentə təşəkkür edirəm, lakin biz Yeni il tipli tədbirdə iştirak etməyəcəyik
“Milli Hərəkat”ın sədri Nika Melianın sözlərinə görə, onlar sabah Orbeliani sarayında keçiriləcək qəbulda iştirak etməyəcəklər.
Melia klassik Yeni il ziyafəti olduğu üçün tədbirdə iştirak etməyəcəklərini söylədi.
“Bu, klassik Yeni il qəbulu olduğu üçün, dəvət üçün təşəkkür edirik, lakin biz, təbii ki, bu tip tədbirlərdə iştirak etməyəcəyik. Xanım Zurabişvilinin bir neçə gün əvvəl danışdığı məsələ ilə bağlı görüş keçirildikdən sonra biz iştirak edəcəyik”, – Nika Melia bildirib.
Məlumat üçün bildirək ki, Gürcüstan prezidenti Salome Zurabişvili sabah siyasi partiyalar üçün yeni il qəbulu təşkil edəcək.
Prezident Administrasiyasının mətbuat xidmətinin məlumatına görə, Salome Zurabişvili partiya nümayəndələrini Orbeliani sarayında qəbul edəcək.