Nika Melia bildirir ki, "Gürcü Arzusu" Tbilisidə məğlub olub və mer seçkilərinin ikinci turu keçiriləcək
Nika Melia bildirir ki, "Gürcü Arzusu" Tbilisidə məğlub olub və mer seçkilərinin ikinci turu keçiriləcək

 

Dəstəyə və bu ölkənin gələcəyi naminə tərəf çıxmanıza görə minnətdaram, konkret namizəd və ya siyasi partiyanı nəzərdə tutmuram-bu barədə “Milli Hərəkat”-ın Tbilisi merliyinə namizədi, Nika Melia eksitpolun ilkin nəticələrinin dərc olunmasından sonra bildirib.

“Bu gün azad şəkildə deyə bilərik ki, “Gürcü Arzusu” paytaxtda təmiz şəkildə məğlub oldu. Siyasi mərkəzi, paytaxt Tbilisini uduzdu və sakrebulo artıq,deyə bilərik ki, müxalifət partiyaları tərəfindən formalaşdırılmış olacaq.

Əksəriyyəti müxalifət partiyaları tərəfindən formalaşdırılmalıdır. Mer seçkiləri hissəsində nəticələrə şahid olduq. İkinci tur burada keçiriləcək, burada həm Sakrebulo, həm də icra hakimiyyəti özünü idarəetmə səviyyəsində vahid müxalifət cəbhəsi ilə koalisiya hökumətində olacaq. Hazırda mühüm olan tək şey önümüzdəki iki saat ərzində hər bir səsi qorumaqdır. Hər bir səs təmin edilməlidir ki, biz “Gürcü Arzusu”-nun təkcə Tbilisidə deyil, hər yerdə manipulyasiya etməsinə imkan verməyək. Bütün ölkə miqyasında nəticələri bilmirik. Hər yerdə fərqli siyasi partiyalardan olan minlərlə müşahidəçi, nümayəndə və komissiya üzvü bu ölkənin gələcəyi üçün mübarizə aparır və onların dəstəyə ,ürəklənməyə ehtiyacı var.Əlavə şərhləri tezliklə verəcəyik” -deyə Nika Melia bildirib.

Üç telekanal, seçki eksitpolunun nəticələrini açıqlayıb.