Nika Melia - 4 nömrə və "Yeni" partiyası gürcü siyasi həyatındakı tilsimi mütləq aradan qaldıracaq
Nika Melia - 4 nömrə və "Yeni" partiyası gürcü siyasi həyatındakı tilsimi mütləq aradan qaldıracaq

 
4 nömrə və “Yeni” partiyası gürcü siyasi həyatındakı tilsimi mütləq aradan qaldıracaq-bu haqda Nika Melia “Yeni” partiyasının təqdimat mərasimində açıqlayıb.

Melia bildirib ki, bu gün cəmiyyətin və siyasi həyatın heç vaxt olmadığı kimi təmiz nüfuza, səriştəyə, cəsarətə, yeni yanaşmaya daha çox ehtiyacı var və bütün bunlar bu komandada toplanacaq.

“Təəssüflər olsun ki, bu gün siyasətdə qeyri-şəffaf dairə formalaşıb və qeyri-şəffaf dairə siyasi spektrin böyük bir hissəsini qapayıb. Bu özünə qapanıqlılıq qarşılıqlı ittihamlara və inamsızlığa səbəb oldu. Bundan irəli gələrək, insanlardan praktiki olaraq uzaqlaşaraq yalnız bir-birimizlə danışmağımız kimi daha da ağır yan təsir göz önündədir. İnanıram ki, bugünkü gün bu tilsimli dairənin qırılması olacaq. 4 nömrə və “Yeni” partiyası gürcü siyasi həyatındakı tilsimi mütləq aradan qaldıracaq. Burada heç kim heç kimin yanında deyil, biz bir-birimizin yanındayıq və inanıram ki, ən çətin, mürəkkəb problemin çox vaxt sadə həlli olur və biz bu gün bu həlli tapmışıq. Bu sadə həll tezliklə gələcəyə ümidə və qələbəyə inama çevriləcək”- Nika Melia qeyd edib.

Bu gün Nika Melia və Nika Qvaramia “Yeni” partiyasında birləşdiklərini rəsmən elan ediblər.