Nika Kvaratsxeliyanın qətli məsələsi ilə bağlı hökm aprelin 15-də elan ediləcək
Nika Kvaratsxeliyanın qətli məsələsi ilə bağlı hökm aprelin 15-də elan ediləcək

 

Nika Kvaratsxeliyanın qətli məsələsi ilə bağlı məhkəmənin hökmü cümə günü saat 11:00-da elan olunacaq.

Bu gün keçirilən yekun iclasda Kvaratsxeliyanın anası müqəssirlərə müraciət edərək, onları qətlin sifarişçilərinin adını çəkməyə çağırıb.

“Cəfəngiyyat teatrı. Gənclərə yazığım gəlir, onlar qul vəziyyətindədirlər. Sizə çox yazığım gəlir, elə bilirdim ki sizə daha çox nifrət edəcəyəm, lakin bu belə deyil. Möhtərəm hakim, onlara yazığım gəlir, bu iki gənc və onların həmfikirləri əsarətdən azad olmalıdırlar, sifarişçinin quluna çevriliblər. Övladım olduqca uğurlu biri idi, Nikonun innovativ layihəsi var idi və onlar məhz bu layihəyə atəş açdılar” – deyə İza Omadze bildirib.

2021-ci ilin sentyabrın 15-də Nika Kvaratsxeliyaya Tbilisinin Anjaparidze küçəsində odlu silahdan atəş açılıb. Nika Kvaratsxeliya aldığı xəsarətlər nəticəsində xəstəxanaya aparıldıqdan sonra dünyasını dəyişib.