Nika Kvaratsxelianın qətli işi ilə əlaqədar iki nəfər saxlanılıb.
Bu barədə Gürcüstanın Birinci Kanalı məlumat alıb.
Saxlanılma ilə bağlı hələlik rəsmi şərh verilməyib.
Nika Kvaratsxeliyaya sentyabrın 15 -də Tbilisidə, Anjaparidze küçəsində xəsarət yetirilib. Kvaratsxeliya aldığı xəsarətdən klinikada dünyasını dəyişib. Qətldə ittham olunan iki şəxs barəsində qətimkan tədbiri olaraq məhkəmə sentyabrın 20 -də qiyabi həbs qətimkan tədbiri seçib.
Nika Kvaratsxelianın qətlində təqsirləndirilən şəxsləri istintaq bu vaxta qədər axtarırdı. Ako Chelidze və Qiorqi Kaviladze, qrup şəklində qəsdən adam öldürmə ,qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə etmə və saxlamaqda ittiham olunurlar ki, bu da 13 ildən 17 ilə qədər həbs cəzasını nəzərdə tutur. Onlar barəsində qiyabi şəkildə ittiham irəli sürülüb.