Nigeriyada yanacaq tankerinin partlaması nəticəsində ən azı 94 nəfər həlak olub
Nigeriyada yanacaq daşıyan tankerin partlaması nəticəsində azı 94 nəfər ölüb, “CNN” xəbər verir.
Medianın məlumatına görə, daha 50 nəfər ağır yaralanıb.
“CNN”in məlumatına görə, sürücü sükanı idarə edə bilməyib və sürüşərək kanala düşüb. Partlayış baş verən zaman yanacaq gözləyən yerli sakinlər sisternin yanında dayanıblar.