Nigeriyada islamist qruplaşmasının üzvləri tərəfindən qaçırdılan şagird qızlar azad edildilər
Nigeriya əsgəri islamist qruplaşması “Boko Haram”-ın üzvləri tərəfindən qaçırdılan qızları azad etdi.
Bu barədə məlumatı Reuters agentliyi yayır.
Bununla yanaşı, yerli iqtidar nümayəndələri bəyan etdilər ki, qaçırılan iki qızın cəsədi tapılıb.
Digər yeniyetmələrin nə vəziyyatdə olduqları hələlik bəlli deyil.
Onların hamısının azad olunub-olunmadığı barədə dəqiq məlumat da verilmir.
Yayılan məlumata görə, hazırda 76 qız qaytarılıb.
Nigeriya iqtidarı bəyan edir ki, yenə 13 yeniyetmənin terorist qruplarının əlində qalmaları ehtimal olunur.
İslamist qruplaşması “Boko Haram”-ın üzvləri Dapçi kəndindəki məktəbə fevralın 19-da hücüm etdilər.
Hücüm zamanı məktəbdə 11 yaşından yuxarı 711 qız uşağı var idi.
Teroristlər 90-dan artıq qız uşaqlarını apardılar.
2014-cü ildə isə, Nigeriyada “Boko Haram”-ın teroristləri Çiboki kəndinin məktəbinə hücum etdilər və 276 qız uşağını qaçırtdılar. Onlardan 57-si qaçmağı bacardı digər 97-ni isə, daha sonra, xüsusi əməliyyat nəticəsində azad etdilər.
2016-cı ildə “Boko Haram” video yaydı, hansında ki, qaçırdılan qızlar görünürdülər.
“Boko Haram”-ın teroristləri Nigeriyada qərb təhsilinə qarşı mübarizə aparırlar.