Nigeriyanın Maiduquriya şəhərində baş verən terakt nəticəsində 18 nəfər həyatını itiridi.
Bu barədə məlumatı yerli polisin verdiyi məlumat əsasında, Reuters agentliyi yayır.
Şəhər polisinin dediyinə görə, üç terorist özünü eyni anda partladıb.
Terakla bağlı hələlik heç bir terorist təşkilatı üzərinə məsuliyyət götürməyib, ancaq hadisənin baş verdiyi ərazi dəfələrlə Boko-Haram teror qruplaşmasının hədəfi olub.
Bu terorist qrupunun hücumları nəticəsində, 2009-cu ildən bugünə qədər 20 minə qədər vətəndaş evini tərk edib.