Nigeriyanın şimal-qərb hissəsində, Kono ştatının avto magistrallarının birində məktəb avtobusu yük maşınına toqquşdu.
Qəza nəticəsində 23 nəfər həlak oldu. Onlardan 22-si şagird idi.
Üç nəfər isə, ağır yaralanıb və xəstəxanadadır.
Məktəb şagirdləri ekskursiyaya gedirdilər.
Yerli medyanən məlumatına əsasən, qərb mətbuatı yazır ki, qəzanın baş verdiyi avtomagistralda təmir işləri aparılırdı və orada hərəkət etmək təhlükəli idi.
Ancaq Kono ştatının munisipaliteti magistralın təhlükəli hissəsini bağlamamışdı və təmir işləri haqqında sürücülərin məlumatı yox idi.